Böyük Britaniya Mərkəzi Bankı bugünkü iclasında faizini dəyişməyərək 0.75 faiz səviyyəsində saxlayıb.
Mark Carney-in rəhbərliyi ilə Pul Siyasəti Komitəsinin bu gün keçirdiyi toplantısında, faizin sıfıra qarşı 9 səs ilə dəyişməz saxlanılmasına qərarı verilib. "Bloomberg"in sorğusuna qatılan 63 iqtisadçının hamısı bu qərarı doğru təxmin edib.
Böyük Britaniya Mərkəzi Bankı, inflyasiyanın, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına (Brexit) dair qeyri-müəyyənlik davam edərsə gözləniləndən daha zəif ola biləcəyini qeyd edib.
Marja