Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edib | Banco.az

Böyük Britaniya Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

Müəllif - Aida İsaq, Banco.az

Britaniya Belarusa qarşı yeni sanksiyalar paketini təqdim edib.

Banco.az xəbər verir ki, sanksiyalar əskinasların və maşınların, həmçinin kimyəvi və bioloji silahların istehsalı üçün istifadə oluna bilən malların, texnologiyaların və materialların ölkəyə ixracını qadağan edir.

Bununla yanaşı, hazırda Belarusdan Böyük Britaniyaya qızıl, sement, ağac və rezin idxal etmək qadağandır. 

Qeyd edək ki, müvafiq sanksiyaların tətbiqinə səbəb ölkənin Rusiyanın müttəfiqi olaraq addımlar atması olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram