“Böyük 20”liyə daxil olan ölkələr kriptoaktivlərlə bağlı bəyanat qəbul edəcək | Banco.az

“Böyük 20”liyə daxil olan ölkələr kriptoaktivlərlə bağlı bəyanat qəbul edəcək

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda “Böyük 20”liyə daxil olan ölkələrin maliyyə nazirliklərinin və mərkəzi bank rəhbərlərinin toplantısı keçiriləcək. 

Toplantının yekununda kriptoaktivlərlə bağlı bəyanat qəbul ediləcək. 

Bu barədə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak məlumat verib. Onun sözlərinə görə, rəsmilər həm də rəqəmsal iqtisadiyyat sahəsində vergilərin tətbiqinə dair əməkdaşlıq barədə bəyanat hazırlayır. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bundan əvvəl “Böyük 20”lik ölkələri kriptovalyutaların qlobal maliyyə sabitliyi üçün təhlükə yaratmasından narahatlıqlarını ifadə edərək bu bazarın tənzimlənməsinə dair tədbirlər planının hazırlanmasını təklif etmişdilər. Hələ ki, belə bir sənəd ortaya qoyulmayıb.

Report.az