“Bosch” 8 milyard dollar dəyərində tarixinin ən böyük sövdələşməsini açıqladı | Banco.az

“Bosch” 8 milyard dollar dəyərində tarixinin ən böyük sövdələşməsini açıqladı

Müəllif:Ayşən İmanova/Banco.az

Alman məişət texnikası və elektrik alətləri istehsalçısı “Bosch” İrlandiyanın “Johnson Controls International” və Yaponiyanın “Hitachi” şirkətlərindən istilik, havalandırma və kondisioner sistemlərinin istehsalı üzrə biznesi 8 milyard dollara əldə etmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Müqavilə çərçivəsində “Bosch”, həmçinin Yaponiyanın “Hitachi” şirkətinin 40% payı da daxil olmaqla, “Johnson Controls-Hitachi Air Conditioning” birgə müəssisəsinin sahibi olacaq.

Almaniya şirkətinin səhmdarları və müşahidə şurasının artıq sövdələşməni təsdiqlədiyi bildirilir. Tərəflər onu 12 ay ərzində bağlamağı planlaşdırırlar.

Ötən ilin nəticələrinə görə, “Bosch”tərəfindən alınan aktivlər sahiblərinə təxminən 4 milyard avro gəlir gətirib.

Ən sərfəli kredit üçün müraciət et

“Johnson Controls” mətbuata açıqlamasında müqavilədən 6,7 milyard dollar alacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et