“Bosch” 5,5 min işçisini ixtisar edəcək | Banco.az

“Bosch” 5,5 min işçisini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Alman konserni “Bosch” Almaniya avtomobil sənayesindəki böhran, sürücüyə yardım sistemləri və avtonom idarəetmə üçün proqram həllərinə tələbatın azalması səbəbindən işçilərini ixtisar etmək məcburiyyətində qalıb.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin bəyanatına istinadən məlumat yayıb.

“Şirkət 5550-yə qədər işçini ixtisar etməyi planlaşdırır ki, bu da Almaniyanın avtomobil sektorunda tənəzzülə uğrayan problemin başqa bir əlamətidir. O, Çin istehsalçılarının daha ucuz məhsulları ilə rəqabət və zəif tələbatla üzləşir”, - nəşr qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə, “Bosch” 2027-ci ilin sonuna qədər kompüterlərin inkişafına cavabdeh olan bölməsində 3,5 min işçini ixtisar etməyi planlaşdırır. 2026-cı ilin sonuna qədər şirkət  "Hildesheim" zavodunda 600 işçini, 2027-ci ildən 2030-cu ilə qədər isə sükan hissələrinin istehsal olunduğu Ştutqart yaxınlığındakı zavodda 1,3 min işçini ixtisar edəcək.