"Bosch" 1500 nəfəri işdən çıxarmağa hazırlaşır | Banco.az

"Bosch" 1500 nəfəri işdən çıxarmağa hazırlaşır

Müəllif:Mehin Qasımova/Banco.az

Bosch 1500 nəfəri işdən çıxarmağa hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə  şirkət açıqlama verib.

Bosch tərəfindən edilən açıqlamada Bosch-un məşğulluq səviyyəsini sifariş vəziyyətinə, avtomobil sənayesindəki struktur dəyişikliklərinə və gələcək texnologiyaların bazara yayılmasına görə tənzimləməli olduğu vurğulanıb .

Məlumata görə, Bosch-un işçilərin başqa departamentlərə köçürülməsi, erkən təqaüdə çıxma və ya könüllü ixtisar müqavilələri vasitəsilə ixtisarları idarə edəcəyi bildirilib.

Almaniyanın aparıcı avtomobil jurnalı Automobilwoche, Bosch-da işçilərin ixtisarı üçün işçi nümayəndələri ilə danışıqların hazırda davam etdiyini açıqlayıb.

Bosch-un fikrincə, avtomobil sənayesindəki transformasiya orta müddətli perspektivdə bütün sənayeyə böyük təsir göstərəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram