Müəllif:Mehin Qasımova/Banco.az
Almaniyanın "Bosch" şirkəti 2026-cı ilin sonuna qədər proqram təminatının hazırlanması sahəsində 1,2 min iş yerini ixtisar etməyi planlaşdırır, onlardan 950-si Almaniyadadır.
Banco.az xəbər verir ki, bu barədə ölkənin "Handelsbatt" nəşri məlumat yayıb .
Nəşrin məlumatına görə, çoxsahəli kompüter həlləri adlı bölmədə, eyni zamanda pilotsuz nəqliyyat vasitələrinin inkişafı ilə də məşğul olan bölmədə ixtisarların aparılması planlaşdırılır. Bu addımın əsas səbəbi tam avtomatlaşdırılmış idarəetmənin inkişafının gözlənildiyindən çox ləng getməsidir. Şirkət işçi nümayəndələri ilə danışıqlara başlayacağını açıqlayıb.
Xatırladaq ki, dekabr ayında "Bosch" artıq daxili yanma mühərriki sektorunda 1,5 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!