Səmərəli vaxt keçirmək istəyənlər üçün 8 onlayn təhsil platforması | Banco.az

Səmərəli vaxt keçirmək istəyənlər üçün 8 onlayn təhsil platforması

Müəllif: Gülnar Əhmədli, Banco.az

Boş vaxtlarını daha səmərəli keçirmək və özünü təkmilləşdirmək istəyənlər üçün onlayn təhsil platformalarından bir neçəsi barədə qısa məlumat hazırlamışıq. İstifadə edə biləcəyiniz onlayn təhsil platformaları:

1. udemy.com

İncəsənətdən elmə qədər hər sahədə üfüqünüzü genişləndirəcək təlimlərin bir çoxu ödənişsizdir. Təlim müddətləri həm sahələrə, həm də məzmuna görə dəyişir. Hər təlimin sonunda sertifikat verilir. Bəzi pullu təlimlərdə vaxtaşırı kampaniyalar olur və qiymətlər demək olar ki, iki dəfə endirilir.

2. coursera.org

Digər platformalar kimi "Coursera" həm ödənişli, həm də pulsuz kurslar təklif edir. Bu kurslar həm karyeranıza, həm də tələbə həyatınıza dəstək olacaq. Saytda riyaziyyatdan proqram təminatına, psixologiyadan fərdi inkişafa qədər bir çox fərqli sahədə kurslar keçmək mümkündür. Bununla belə, tapşırıqlara daxil olmaq və sertifikatı əldə etmək üçün ödəniş etməlisiniz.

3. udacity.org

Daha çox proqram təminatı sahəsində təhsil verən bu platforma xüsusilə özünüzü inkişaf etdirmək üçün çoxlu məzmuna malikdir. Kursların ümumiyyətlə ödənişli olduğu bu platformada aldığınız ödənişli təlimdən sonra sizə verilən sertifikat qlobal səviyyədədir. Həmçinin, pulsuz və sertifikatlar təklif edən karyera yönümlü kurslar da var.

4. curious.com

Demək olar ki, hər fənn üzrə 25 mindən çox dərsi olan bu platformanın sistemi digərlərindən bir az fərqlidir. Platforma sizə hər gün seçdiyiniz mövzuda 5, 15 və ya 30 dəqiqəlik məzmun göndərir. Təbii ki, bu, çox vaxt sərf etmədən məlumat əldə etməyə imkan verir.

5. openculture.com

Ən sərfəli kredit üçün müraciət et

Bu platformada həm sənət, həm də sənət tarixi üzrə çoxlu kurslar var. Kursların bəziləri ödənişlidir, lakin əksəriyyəti pulsuzdur. Əsas təhsil dili ingilis dilidir.

6. alison.com

Digər platformalar kimi alison.com-da bir çox təlimlər pulsuz və sertifikatlıdır. Dərslərdən şəxsi inkişafa, hobbidən karyeraya qədər bir çox sahədə kurslar keçə bilərsiniz.

7. Google Dijital Garage

Karyeranızı və özünüzü inkişaf etdirmək üçün ən yaxşı platformalardan biri “Google digital garage”dır. Bu platforma "Google" xidmətlərində (Analytics, Adsense, Adwords) ixtisaslaşmaq istəyənlər üçün idealdır. Rəqəmsal marketinq sahəsində özünü təkmilləşdirmək istəyənlər bu platformadan yararlana bilərlər. Təlimlər tam ödənişsiz və sertifikatlıdır.

8. edx.org

Başda Harvard Universiteti olmaqla dünyanın bir çox mühüm universitet və qurumlarından onlayn təhsil almağa imkan verən bu platformada ödənişli və pulsuz təlimlər mövcuddur. Pulsuz onlayn təlimdən sonra sertifikat əldə etmək istəyirsinizsə, kiçik bir ödəniş etməlisiniz. 30-dan çox fərqli kateqoriya və yüzlərlə fərqli mövzuda kurslar keçmək mümkündür. Demək olar ki, bütün təlimlər ingilis dilindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et