Müəllif - Eldar Kərimov - Banco.az
\Amerikanın səyahət planlaşdırma üzrə onlayn xidmətlər operatoru Booking Holdings 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini təxminən beş dəfə, gəlirlərini isə 14% artırıb, üstəlik, düzəliş edilmiş mənfəət və gəlirlər bazar proqnozlarını üstələyib.
Şirkətin mətbuat relizində bildirildiyi kimi, oktyabr-dekabr aylarında xalis mənfəət 1,07 milyard dollar və ya səhm başına 31,95 dollar təşkil edib, bu, ötən ilin eyni dövründəki 222 milyon dollar və ya səhm başına 6,28 dollarla müqayisədə artımdır.
Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət səhm başına 41,55 dollar olub.
Booking-in rüb gəlirləri 14% artaraq 5,47 milyard dollara çatıb.
FactSet tərəfindən sorğulan ekspertlər orta hesabla şirkətin düzəliş edilmiş mənfəətini səhm başına 36,08 dollar, gəlirlərini isə 5,18 milyard dollar səviyyəsində proqnozlaşdırmışdılar.
Keçən rübdə ləğv edilmiş sifarişlər nəzərə alınmadan ümumi bronlaşdırma həcmi 17% artıb. Bron edilmiş gecələrin sayı 13% yüksələrək 261 milyona çatıb.
Booking-in direktorlar şurası rüblük dividendin 10% artırılaraq səhm başına 9,6 dollara çatdırılmasını tövsiyə edib. Dividend martın 31-də, martın 7-də reyestrdə olan səhmdarlara ödəniləcək.
Booking-in səhmləri cümə axşamı əlavə ticarətlərdə 4,3% bahalaşıb. Son 12 ay ərzində şirkətin bazar dəyəri 28,6% artaraq 169 milyard dollara yüksəlib.