Bolqarıstanda yerli avro sikkələri dövriyyəyə buraxılıb | Banco.az

Bolqarıstanda yerli avro sikkələri dövriyyəyə buraxılıb

Müəllif:Mehin Qasımova,Banco.az

Bolqarıstan Milli Bankı (BNB) ölkənin ilk yerli istehsal olan avro əskinaslarını dövriyyəyə buraxıb.

Banco.az xəbər verir ki, yeni əskinasları almaq istəyən insanlar bankın filialları qarşısında uzun növbələr yaradıb.

Rəsmilər bildiriblər ki, üzərində ölkənin tarixi və mədəni simvolları olan bu əskinaslar hələ rəsmi dövriyyəyə daxil edilməyib.

Bolqarıstan parlamenti 2022-ci ildə avroya keçidlə bağlı qərarı təsdiqləyib və ölkə 2026-cı il yanvarın 1-dən rəsmi olaraq levdən avroya keçəcək.

Yeni ildən bankomatlar artıq avro verməyə başlayacaq. Yanvar ayı ərzində həm lev, həm də avro paralel şəkildə dövriyyədə olacaq, fevralın 1-dən isə yalnız avro istifadə ediləcək.

Keçidin problemsiz həyata keçirilməsi üçün hökumət 31 dekabr 2025-ci il və 2 yanvar 2026-cı ili qeyri-iş günü elan edib.