Müəllif:Mehin Qasımova/Banco.az
Bolqarıstan 2025-ci ildə avroya keçməyə hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib.
Avroya keçidin ölkə üçün “vacib və strateji prioritet” olduğunu ifadə edən Georgieva, “Bu yolla Bolqarıstan iqtisadiyyatının rəqabət qabiliyyətini artıra, ticarət və maliyyə sahəsində əməliyyat xərclərini azalda bilərik. Bolqarıstanın iqtisadiyyatın bəzi sektorları üçün cəlbediciliyini və ölkəyə investisiya axınını daha cəlbedici edir"-, deyə o qeyd edib.
Bolqarıstanın Avro Bölgəsinə keçmək üçün əlindən gələni etdiyinə diqqət çəkən Georgieva, "İlin sonuna qədər ölkənin bu göstəriciləri yerinə yetirməsi üçün yaxşı şərait olduğunu düşünürəm. Bu o deməkdir ki, ölkə nə vaxtsa Avro Bölgəsində ola bilər",- deyə o bildirib.
BVF prezidenti Georgiyeva Bolqarıstanda bu il iqtisadi artımın 2,7 faiz civarında olacağını və ilin sonuna qədər inflyasiyanın 4 faizdən aşağı düşəcəyini gözlədiyini bildirib.
Bolqarıstan Milli Statistika İnstitutunun məlumatına görə, 2023-cü ildə ölkədə illik inflyasiya 9,5 faiz, 2024-cü ilin yanvarında isə inflyasiya 3,8 faiz təşkil edib.
Fevral ayında qəbul edilən Mərkəzi Bank Qanununda Bolqarıstan Parlamenti ölkə pul vahidi ilə levadan avroya keçid prosesində görüləcək işləri müəyyən edib.
Bizi sosial şəbəkələrdən izləyin!!