Bolkart vs SmileCard | Banco.az

Bolkart vs SmileCard

Kredit və taksit kartları artıq gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Nağd vəsait sərf etmədən, aldığımız məhsulların dəyərini planlı şəkildə ödəmək istədikdə, kredit kartları əvəzedilməz köməkçilərə çevrilir.

Bu gün biz belə imkan yaradan iki kartı Bolkart və SmileCard-ı qarşılıqlı şəkildə müqayisə edərək, araşdıracağıq. Hər bir kartın öz üstünlükləri həmçinin zəif tərəfləri vardır.  Amma müqayisədə bu fərq daha aydın bəlli olur və Siz, öz kartınızı seçə biləcəksiniz.

Kart

Bolkart

SmileCard

Balans

300 -5000 AZN

500 - 3000 AZN

Kreditin müddəti

60 ay

60 ay

Kartın qiyməti

Pulsuz

Pulsuz

SMS məlumatlandırma

Pulsuz

Pulsuz

Nağdlaşdırma

Kampaniya ərzində

Mümkündür

Nağdlaşdırma faizləri

aylıq 2,5%

aylıq 1%

Nağdlaşdırma komissiyası

2,5-4%

0

Kartda öz vəsaitini yerləşdirmək

Mümkün deyil

Mümkündür

Paizsiz alış-veriş

Mümkündür

Mümkün deyil

Qeyri partnyorlarda alış-veriş

4,5-9% (3 və 6 ay)

6-12% (6-12 ay)

Faizsiz istifadə

1. Bolkart taksit kart olduğu üçün, onun vasitəsi ilə faizsiz alış-veriş etmək mümkündür. Məsələn, hər hansı bir dükanda 36 AZN-lik məhsul alır, qiymətini 1. 3, 6 və ya 12 aya hissə-hissə ödəyirsiniz.

Ödənişlər 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödənilir. Bolkart kredit kartı ilə məhsul əldə elədikdə məhsulun məbləği müddətə bölünür və hər növbəti ayın 1-dən 10-na qədər olan müddətdə ödənişlər bərabər hissələrlə Bankda aparılır

Hansı dükanda alış-veriş etməyinizdən asılı olaraq, həmin qiymətin üzərinə dükan tərəfindən müəyyən faiz əlavə oluna bilər. Amma bu heç də bütün hallarda baş vermir  və dükandan asılıdır.

Ən sərfəli kredit üçün müraciət et

2. SmileCard-da belə bir xüsusiyyət nəzərə alınmayıb. Kartdan xərclənən məbləğin üzərinə  6%  (12%) komissiya əlavə olunur və müvafiq olaraq 6 ay (12 ay) ərzində banka bərabər hissələrlə ödənilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. Komissiyanın 6 və ya 12 % olması, kartı əldə etmək üçün banka müraciət etdikdə müəyyən olunur.

Bu zaman siz 36 AZN məbləğində məhsul aldığınız halda ödənişləriniz belə hesablanır: 1 . (36+ (36/100*6))/6 =6,36 və (36+ (36/100*12))/12= 3,36

Bankomat vasitəsi ilə nağdlaşdırma da mümkündür. Eyni qaydalar bu nağdlaşdırmayada şamil edilir. Nağdlaşdırma zamanı əlavə komisyon tutulmur.

3.  Bolkartdan partnyor olmayan dükanlarda istifadə

Bolkartı MasterCard kimi istifadə etdiyinizdə əməliyyatdan dərhal sonra 24 saat ərzində 3 və ya 6 aylıq taksitləşdirə bilərsiniz. Bu 2 yolla mümkündür:

1-ci yol şəxsi kabinetdən bu bölgünü aparmaqdır. 2-ci yol isə bankda qeydiyyatda olan mobil nömrənizdən sms göndərməkdən ibarətdir. Sms-in mətni belə tərtib olunmalıdır: "123456 taksit 3" və ya "123456 mob 6" (burada 123456 şərti qeyd olunub, siz əvəzində əməliyyatın təsdiq kodunu göndərməlisiniz. Təsdiq kodu məbləğ balansdan çıxıldığında sms göndərilən zaman ID olaraq qeyd olunur) . 3 aylıq komissiya 4,5 %, 6 aylıq 9 %-dir.Əgər 3 və ya 6 aya bərabər hissələrlə ödəniş etmək istəmirsinizsə yuxarıda qeyd etdiyimiz bölgünü aparmadan borcu kartın müddəti bitənədək hissə-hissə geri qaytara bilərsiniz.

Bu halda 2-ci aydan etibarən hər ay qalıq borca 2,5 % komissiya əlavə olunur. Hər ayın ilk 10 günündə minimal mütləq ödəniş 2,5 %-dən ibarət olacaq. Əlavə isə imkanınız çərçivəsində istənilən məbləği ödəyə bilərsiniz. Borcunuzun üzərinə faiz gəlməsini istəmirsinizsə istifadədən sonrakı ayın 10-dək tam geri ödəməlisiniz.

Sonuncu qeyd etdiyimiz qayda həm də nağdlaşdırmaya da tətbiq edilir. Bolkartda nağdlaşdırma yalnız kampaniya müddətində mümkündür və hər dəfə kampaniyadan asılı olaraq, 2,5 -4% həcmində nağdlaşdırma faizi tutulur  və 2-ci aydan etibarən hər ay qalıq borca 2,5 % komissiya əlavə olunur. Hər ayın ilk 10 günündə minimal mütləq ödəniş 2,5 %-dən ibarət olan məbləğı ödəmək lazımdır.

Karta şəxsi vəsaiti yerləşdirmək imkanı

1. SmileCard-a əlavə vəsait yerləşdirmək mümkündür. Bu vəsait nağdlaşdırılarkən komissiya tutulmur.

2. Bolkarda belə bir funksiya hələ ki, yoxdur.

Nəticə

  • Bolkartın əsas üstünlüyü odur ki, o sizə partnyor dükanlar şəbəkəsində faizsiz alış veriş imkanı verir və çatışmayan tərəf nağdlaşdırma üçün kampaniyanı gözləməyin lazım olası və nağdlaşdırılan məbləğə komisyon haqqın tutulması və illik faiz dərəcəsinin 30% olamasıdır.
  • SmileCardı əsas üstünlüyü odur ki, o nağd və qeyri nağd əməliyatdan asılı olmayaraq, faizlər stabildir və azdır 6 və ya 12%.  Bu 6% və 12% yuxarıda qeyd etdiyimiz kimi aylıq və ya illik faizlər deyil. Xərclədiyiniz məbləğin faizidir, borcun üzərinə əlavə olunur və bərabər hissələrə bölünür. Nağdlaşdırma üçün kampaniya gözləməyə gərək yoxdur. Həmçinin karta öz vəsaitinizi əlavə edə bilirsiniz. Çatışmayan tərəfi isə odur ki, Bokartdan fərqli olaraq, faizsiz alış-veriş imkanı təqdim etmir.