Müəllif - Aida İsaq, Banco.az
Cənubi Amerika ölkələri dollar asılılığından qurtulmalı və milli valyutalardan istifadəyə keçməlidir.
Banco.az xəbər verir ki, bunu Boliviya prezidenti Luis Arse bildirib. O, regionun ABŞ-ın maliyyə sistemi tərəfindən qoyulan məhdudiyyətlər və qaydalardan ciddi şəkildə təsirləndiyini bunun nəticəsində isə maliyyə əldə etmək və beynəlxalq bazarlara çıxış imkanlarının məhdudlaşdığını qeyd edib. Bu səbəbdən də o, dollardan asılılığı azaltmağın və iqtisadi əlaqələri şaxələndirməyin vacibliyini vurğulayıb.