Bölgələrimiz turist cəlb etməkdə niyə paytaxta uduzur? – Ekspertdən AÇIQLAMA | Banco.az

Bölgələrimiz turist cəlb etməkdə niyə paytaxta uduzur? – Ekspertdən AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə  uduzurlar”.

Banco.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. O bildirib ki, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. 

“Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Banco.az-a açıqlamasında qeyd edib ki, ölkədə hotel biznesi sahəsində yüksək xidmət keyfiyyəti və yüksək komfort nümayiş edən müəsissələrlə yanaşı qonaqpərvərlik prinsiplərini və standartlarını pozan obyektlər də mövcuddur:

 “Düşünürəm ki, rəqabət artdıqca iqtisadi cəhətdən də dəyişikliklər baş verəcəklər.  Peşəkar kadrların, o cümlədən personal və menecment səviyyəsində, çatışmamazlığı hələ də sənayedə aktual problem olaraq qalmaqdadır. Qonaqpərvərlik sənayesi sahəsində KOB subyektlərin inkişafı istiqamətində, xüsusilə regional səviyyədə, müxtəlif iqtisadi həllər tədbiq edilərək, bu sahədə davamlı inkişafa və daha əlçayan xidmətlərə nail olmaq mümkündür”.
Ekspert düşünür ki,  hazırda ölkədə yalnız hotel adı daşıyan yerləşmə vasitələri üçün tələblər və onların təsnifat sistemi hüquqi sənədlərlə təsdiqlənsə də,  digər yerləşmə vasitələri - qonaq evləri, kənd evləri, kempinqlar, koteclər, villalar,  hostellər və s. üçün milli standartlar mövcud deyil:
“Hesab edirəm ki, hər iki təcrübənin tətbiqi ölkə turizmində, qonaqpərvərlik sənayesində və xidmətlər sahəsində  inkişafa xüsusi töhfə verə bilər. Bu fikir və təcrübələrlə paylaşaraq biz müvafiq dövlət qurumları ilə də müzakirələr aparmışıq.  Düşünürəm ki, ədalətli rəqabət şəraiti, yüksək biznes etika, ekoloji və sosial məsuliyyət, peşəkar yanaşmalar hər bir iqtisadi fəaliyyətin uğurlu, davamlı inkişafının elementi sayılır”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,  2024-cü ilin ilk rübündə hotelərdə qalanların sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Yerli və xarici turistlər daxil olmaqla gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı hotellərdə qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et