BOKT-ların kredit portfeli 744 milyon manatı ötüb | Banco.az

BOKT-ların kredit portfeli 744 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-larının kredit portfeli 744.6 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd edilib.

Bildirilir ki, BOKT-ların kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 195.5 milyon manat və ya 35.6% çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında BOKT-ların kredit porfeli 549.1 milyon manata bərabər idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram