BOKT-lara diqqət artacaqmı? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BOKT-lara diqqət artacaqmı?

Regionlarda sosial rifahın yüksəlməsində mikromaliyyənin rolunu nəzərə alaraq 2015-ci ildə bank olmayan kredit təşkilatlarının inkişafına diqqət artırılacaq.


Banco.az portalı AzərTaca istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.

Bəyanatda bildirilir ki, mikromaliyyə institutları, o cümlədən “Azərpoçt” MMC-nin regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması üzrə əlavə tədbirlər görüləcək. Regional bankçılığın inkişafı diqqətdə saxlanılacaq, kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi təşviq olunacaq. Fiziki filial şəbəkəsi ilə yanaşı, distansion bankçılıq mexanizmlərinin, o cümlədən, elektron bankçılıq alətlərinin inkişaf etdirilməsi mühüm prioritetlərdən olacaq.