Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib.
Qaydalar Palta tərəfindən təsdiq edilib və bu gündən qüvvəyə minir.
Qeyd edək ki, Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Qaydalarla bağlı daha ətraflı http://www.huquqiaktlar.gov.az/StatementDetails.as... linkdən tanış olmaq mümkündür.
Bank olmayan kredit təşkilatlarının illik dövri ödəniş Cədvəli
AZN-lə ifadə edilib
Bank olmayan kredit təşkilatı | Cəmi aktivlər 20 milyondan çox | Sabit məbləğ 50.000 | |
Cəmi aktivləri 3-20 milyon arası | Sabit məbləğ 30.000 | ||
Cəmi aktivləri 3 milyondan az | Sabit məbləğ 15.000 |
Mənbə: Report.az