BOKT-lar birinci rübü zərərlə başa vurub | Banco.az

BOKT-lar birinci rübü zərərlə başa vurub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ilin birinci rübünü 31,6 milyon manat xalis zərərlə başa vurub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-lar 2024-cü ilin birinci rübündə 32.9 milyon manat xalis mənfəət əldə etmişdilər.

Məlumata görə, bu ilin 1 aprel tarixinə BOKT-ların aktivləri 938,9 milyon manat olub. Bu da illik müqayisədə 115.6 milyon manat və ya 14% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 12% artaraq 517.1 milyon manata, balans kapitalı isə 16.7% artaraq 421,8 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram