BOKT “İnternational” ASC sürətlə böyüyür! | Banco.az

BOKT “İnternational” ASC sürətlə böyüyür!

Başlıq: Böyüməkdə davam edən BOKT “İnternational” ASC filial şəbəkəsini genişlədərək 35-ə çatdırdı

21.05.2013 - ci il tarixindən Bakı və Regionlar üzrə 10 ildən artıqdır ki, Mərkəzi Bank tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşqul olur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) hesabına güzəştli sahibkarlıq kreditlərinin ayrılması üzr müvəkkil kredit təşkilatları sıralarındadır.

Ən sərfəli kredit üçün müraciət et

Beləki ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından olan BOKT “İnternational” ASC Bakı şəhərində “Gənclik”, “Əhmədli”, Sumqayıt şəhərində “Sülh”, Tovuz rayonunda “Qovlar”, Sabirabad rayonunda “Sabirabad” yeni filiallar açaraq filial sayını 30-dan 35-ə yüksəltdi. Azərbaycanın maliyyə bazarında aparıcı mövqeyi və müştəriləri arasında yüksək etibarı ilə seçilən BOKT “İnternational” ASC nizamnamə kapitalının artırılmasına qərar verdi. Qərara əsasən təşkilatın nizamnamə kapitalı əlavə 3 milyon manat artırılaraq indiki 5 milyon manatdan 8 milyon manatadək yüksəldilmişdır.

Strateji hədəf olaraq, yaxın gələcəkdə filial sayını 55 filiala çatdırmağı planlayır.

Ən sərfəli krediti almaq üçün müraciət et