BOKT “Falcon Finance” illik maliyyə hesabatını açıqladı | Banco.az

BOKT “Falcon Finance” illik maliyyə hesabatını açıqladı

BOKT (bank olmayan kredit təşkilatı) “Falcon Finance” MMC 2016-cı il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Hesabata görə, BOKT ötən ili mənfəətlə başa vura bilib. Belə ki, 2016-cı ilin dekabr ayının sonuna təşkilatın mənfəəti 39.7 min manat təşkil etmişdir. BOKT-un mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən azalma qeydə alınıb. Belə ki, 2015-i ilin sonunda BOKT 103,4 min manat mənfəət əldə etmişdir.

BOKT-un başa çatan ildə maliyyə gəlirlərinin cəmi 79,8 min manat təşkil edib. Hesabat tarixinə təşkilatın aktivləri 485.9 min manat olmuşdur.

BOKT “Falcon Finance” MMC – Audit hesabatı 2016