BOKT Embafinans QSC “YAŞAT” Fonduna 30.000 AZN ianə edib | Banco.az

BOKT Embafinans QSC “YAŞAT” Fonduna 30.000 AZN ianə edib

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.

 Azərbaycan Respublikasının Şanlı zəfər müharibəsində qalibiyyət hisslərini bizə yaşadan igidlərimiz Embafinans ailəsinin daima diqqətində və qəlblərindədirlər. Cəmiyyətimiz ölkədə fəaliyyət göstərən digər şirkətləri də həmrəy olmaq və bu gözəl təşəbbüsə qoşulmağa çağırır.

Birliyimiz və Vətənpərvərliyimiz ilə nümunə ola bilən Azərbaycan Xalqı bu çətin sınaqlardan baş ucalığı ilə çıxdığına görə və zəfəri həyatımıza gətirdiklərinə görə hər bir Vətən müharibəsində iştirak edən zabit, əsgərlərimizə və qazilərimizə can sağlığı , şəhidlərimizə Allahdan rəhmət doğmalarına isə səbr diləyirik!

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et