BOKT Embafinans QSC “Online” xidmətləri dəstəkləyir! | Banco.az

BOKT Embafinans QSC “Online” xidmətləri dəstəkləyir!

BOKT “Embafinans” QSC müştərilərin və əməkdaşların koronavirus infeksiyasından (COVID-19) qorunması qayğısına qalaraq, qabaqlayıcı tədbirlər həyata keçirib. Cəmiyyət şöbələrinin iş rejimində də müəyyən dəyişikliklər aparıb. Bir çox işçilərin evdən çıxmadan distant qaydada çalışmasına üstünlük verib. Ezamiyyətlər təxirə salınıb, iclas və görüşlərin müassir proqramalrın dəstəyi ilə “online” qaydada keçirilməsi alternativi yaradılıb.

Embafinans olaraq müştərilərimizə “online” xidmətlərdən istifadə etməyi tövsiyə edirik.

BOKT “Embafinans” QSC  məhsul və xidmətlərdən evdən çıxmadan istifadə etmək imkanını yaradıb.

Kredit üçün onlayn müraciət  (http://embafinans.az/az/kreditin-alinmasi-ucun-erize-formasi#info),  kredit kalkulyatoru  (http://embafinans.az/az/kredit-kalkulyatoru#info) və online kredit ödənişləri (http://embafinans.az/az/online-odenis-1#info)  kimi xidmətlər müştərilərin rahatlığını təmin edir.

Online xidmətlərinin üstünlükləri:

  1. Cərgə və sıralarda vaxt itkisinin olmaması
  2. Günün istənilən saatı xidmət əldə edə bilməyiniz
  3. İnsanlar ilə təmasda olmadığınız üçün sağlığınıza zərər yetirilmir
  4. Dəyərli zamanınızı doğmalarınıza daha da çox sərf edə bilərsiniz

Ən geniş xidmət şəbəkəsinə malik olan BOKT “Embafinans” QSC ölkədə yaranmış çətinliklərə baxmayaraq, vətəndaşları sevindirməyə və hər daim xidmət göstərməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Sərfəli şərtlər, hər bir müştəriyə fərdi yanaşma və minimum rəsmiləşmə zamanı bizim təklifimizi daha da cəlbedici edir.

Daha ətraflı məlumat *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

https://www.facebook.com/embafinans/

https://www.instagram.com/embafinans/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et