Böhranla əlaqədar Bakı-Rodos-Bakı aviareysi ləğv edilib | Banco.az

Böhranla əlaqədar Bakı-Rodos-Bakı aviareysi ləğv edilib

Bakı-Rodos-Bakı aviareysi həyata keçirilməyəcək.

Yunanıstanın Rodos adasına reysin ləğv edilməsi barədə qərar yerli aviaşirkət tərəfindən verilib.

Çarter reysinin ləğv edilməsinə əsas səbəblər Yunanıstana vizanın əldə edilməsi ilə bağlı yeni qaydalar, bu ölkənin bank sistemindəki böhranlı vəziyyət olub. Digər səbəb isə bu istiqamət üzrə tələbatın aşağı olmasıdır.

Başqa turizm şirkətindən isə bildiriblər ki, adətən, yerli turistlər martdan etibarən yay istirahəti üçün istiqamətləri seçməyə başlayırlar: "Yunanıstan adasına birbaşa reysin açılması barədə qərar isə iyunun ortasında qəbul edilmişdi ki, bu da olduqca gecdir. Buna görə də bu reysə tələbat çox aşağı oldu".

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, şirkətdən əlavə ediblər ki, bu reysə bilet alanlar pullarını geri ala və ya tranzit marşrutunu seçə bilərlər.

mənbə : trend.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et