Böhrana davam gətirmək üçün nə etmək lazımdır? | Banco.az

Böhrana davam gətirmək üçün nə etmək lazımdır?

  • Orta gəlirli insanlar krizisdə nə etməlidirlər?
  • Əllərində olan maliyyəni necə dəyərləndirməlidirlər?

Dünya iqtisadi ekspertlərinin məsləhəti odur ki, insanlar böhran zamanı diqqətli olmalıdırlar. Bəzi qaydalar var ki, onlara əməl edilsə, böhranın mənfi təsirlərini daha az hiss edərlər. 

Əlbəttə ki, bu qaydaları öyrənmək vaicbdir. Əgər "Mənə lazım deyil. Çünki, pulum yoxdur." deyirsinizsə, bilin ki, çox səhf düşünürsünüz. Bunları bilmək sizin gələcəkdəki planlarınıza və xasiyyətinizə, davranışlarınıza təsir edəcək. Gələcəyi düzgün planlaşdırmaq lazımdır. İstənilən krizisdən rahat çıxmaq üçün bəzi şeylərə indidən əməl etmək lazımdır.

Pul ehtiyatı az olan və ya olmayan  insanların yeganə yolu, gəlirlərini artırmaqdır. Necə?

Əgər stabil bir işiniz varsa, əlavə iş tapmaqdan çəkinməyin. Part time işlər axtarın, məqalələr yazın və ya bacarıqlarınızı pula çevirin.

Özünüz özünüzün mühasibi olun. Gəlirlərinizi, xərclərinizi hər xırda detala qədər qeyd edin. Bu ilk başlarda mənasız gələcək, amma aylar ötdükcə qarşınızda, lazımsız yerə xərclədiyiniz bir çox şeyi görəcəksiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Təkrarlanan xərclərdən əlavə olan bütün xərclərinizi analiz edin. Böhran zamanı sizə çox lazım olmayan şeyə niyə pul xərcləməlisiniz ki?

Unutmayın ki, sadəcə  iki yolunuz var:

Ya çox pul qazan!

Ya da qənaətcil ol!

Əsas qaydalar: Krizisdən öncə maliyyə ehtiyatlarınız olsun ki, böhran sizə təsir etməsin. Bir şey dəqiqdir ki, böhran on illəri əhatə etmir. Burada söhbət bir neçə ildən gedir. Bu müddətdə yaşaya bilmək üçün gəliriniz və ağıllı xərclər kifayətdir. 

Maddi ehtiyat toplamağa çalışın. Dar gün üçün pul yığın. Krizis elə dar günün özüdür.

Əgər sizin az qazanırsınızsa, kredit götürməyin. Elə etməlisiniz ki, müntəzəm gəliriniz olsun. 

Hər birinizə daha çox gəlir mənbəyi arzu edirik :)

Ən sərfəli krediti almaq üçün müraciət et