Böhran vəziyyətində olan ABŞ bankının satılması gündəmdədir | Banco.az

Böhran vəziyyətində olan ABŞ bankının satılması gündəmdədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da çətin günlərdən keçən banklardan biri də San-Fransiskoda yerləşən “First Republic Bank”dır.

Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrdən bildirilən məlumata görə, çərşənbə günü “S&P” tərəfindən kredit reytinqi “junk” (zibil) statusuna endirilən və reytinqin proqnozu mənfi olaraq izlənilən bank satışlar da daxil olmaqla, strateji variantları qiymətləndirir.

Bankın likvidliyini artırmaq üçün başqa variantları da nəzərdən keçirdiyini qeyd edən mənbələr məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyini bildiriblər.

“First Republic Bank”dan bazar günü yayılan bəyanatda Fed və “JPMorgan Chase & Co” da daxil olmaqla bir sıra qurumlarla sövdələşmələrdən irəli gələn əməliyyatları maliyyələşdirmək üçün 70 milyard dollardan çox istifadə olunmamış likvidliyə malik olduğunu elan etməsinə baxmayaraq, çərşənbə günü səhmləri 21 faiz azalaraq 10 ilin ən aşağı səviyyəsinə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bankın bazar kapitallaşması da 5,8 milyard dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et