Böhran dövründə multivalyuta əmanətlərinin üstünlüyü | Banco.az

Böhran dövründə multivalyuta əmanətlərinin üstünlüyü

Azərbaycan Mərkəzi Bankı tərəfindən məzənnə siyasətinin dəyişdirilməsi və dolların bahalaşması bir çox əmanətçilərin öz əmanətllərini konvertasiya etmək niyyəti ilə nəticələnib.  İnsanlar ya ümumiyyətlə əmanətlərini banklardan götürüb, daşınmaz əmlaka investisya etmək istəyir, ya da onu konvertasiya edərək dollar depozitində yerləşdirməyə üstünlük verir.

2014-cü ilin statistikasına nəzər salsaq, görərik ki, dekabrda dollarla yatırılan depozitlərin həcmi 7% artıb. Məhz dekabr ayında ciddi sıçrayış baş verib. Manatla yatırılan depozitlərə nəzər salsaq isə görərik ki, burada azacıq da olsa azalma var. Halbuki, dekabr ayına qədər manatla yatırılan depozitlərin həcmi artan templə yüksəlirdi.

Belə şəraitdə multi valyuta əmanətlərinə üstünlük verənlər daha rahat ola bilər.

Multivalyuta funksiyası əmanətçilərə bir depozit müqaviləsi çərçivəsində müxtəlif valyutalarda (manat, ABŞ dolları və Avro) 2 və ya 3 hesab açmağa və oradakı vəsaitləri bir valyutadan digərinə sərbəst mübadilə etmək imkanı verir.

Multivalyuta əmanəti müştərilərə öz pullarını eyni anda müxtəlif valyutalarda – adətən manat, dollar, avroda saxlamaq imkanı verən depozit məhsuludur. Dollar və avro arasında məzənnə fərqləri daha çox dəyişdiyi vaxtlarda, multivalyuta əmanətlərinə də maraq artır. Belə hesab olunur ki, multivalyuta əmanətlərinin ən böyük üstünlüyü - əmanət çərçivəsində heç bir məhdudiyyət və itki olmadan vəsaitləri sərbəst şəkildə bir valyutadan digərinə konvertasiya etmək imkanıdır və bu konvertasiyaya görə bank sizdən əlavə komisyon haqqı tutmayacaqdır. Amma belə depozitlər üzrə faizlər ənənəvi depozit məhsullarına nisbətən 1-2% daha aşağı ola bilər.

Bu cədvəldə 12 ay müddətinə yerləşdirilən depozitlər üçün faizlər təqdim olunub.

Bankın adı

Əmanət

Əmanətin valyutası

İllik faiz –aylıq ödəndikdə

Min.Məbləğ

İllik faiz -sonda

Bank Technique

Multi-TEC

AZN, USD, GBP, EUR

8,0%

1000

8,4%

Bank Technique

Duo-TEC

AZN, USD, EUR

8,0 %

1000

8,4%

Beynəlxalq Bank

Multivalyuta

AZN və USD

9,0 %

1000

9,8%

Beynəlxalq Bank

Multivalyuta

EUR və GBP

5,8%

1000

-

Ən sərfəli kredit üçün müraciət et

Bank Standard-ın "Premier" depoziti sahibləri vahid depozit müqaviləsi çərçivəsində 2 və ya 3 müxtəlif valyutada (manat, ABŞ dolları və avro) hesab aça bilərlər. Onlar həmçinin bu hesablardakı vəsaitlərini məhdudiyyətsiz bir valyutadan digərinə istədikləri kimi çevirə bilərlər. Depozit açmaq üçün minimal məbləğ 20 və ya 50 min Azn ola bilər. Bundan asılı olaraq, fazilər fərqli hesablanacaq. Regional filiallar (Quba, Gəncə, Lənkəran) üçün minimal məbləğ 10 000 AZN/USD/EUR təşkil edir.

Premier depoziti üzrə faiz dərəcələri.

Müddəti/ Faiz dərəcəsi

AZN

USD

EUR

aylıq

müddətin sonunda

aylıq

müddətin sonunda

aylıq

müddətin sonunda

12 ay

20 000

8,00%

8,30%

7,00%

7,30%

2,50%

2,50%

50 000

9,00%

9,30%

8,00%

8,30%

3,00%

3,00%

 

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et