Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “Boeing” şirkəti ciddi maliyyə problemləri və kosmik layihələrin həyata keçirilməsində uğursuzluqlar səbəbindən kosmik biznesini tamamilə satmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“NASA bu yaxınlarda qərar verdi ki, iki astronavt “Starliner” gəmisində kosmosa ilk uçuş zamanı yaranan problemlərdən sonra “SpaceX” gəmisində BKS-dən qayıtmaq üçün bir neçə ay gözləsin”, - nəşr qeyd edib.
Bir neçə ildir ki, Amerika Aerokosmik Agentliyi ümidlərini İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Crew Dragon”a alternativ olacaq ikinci kosmik nəqliyyat növünün yaranmasına bağlayır. Şirkət elan edib ki, biznes çətinlikləri səbəbindən yaxın aylarda rəhbər işçilər də daxil olmaqla bütün işçilərinin 10%-ni ixtisar edəcək.