"Boeing" banklardan əlavə 10 mlrd. dollar istəyib | Banco.az

"Boeing" banklardan əlavə 10 mlrd. dollar istəyib

ABŞ-ın “Boeing” korporasiyası əlavə maliyyələşdirmə ilə əlaqədar banklarla danışıqlar aparır. CNBC-dən olan mənbələrin məlumatına görə, təyyarə istehsalçısı “737 Max” tipli təyyarə ilə bağlı problemlər fonunda artan xərclərlə üzləşdiyindən 10 mlrd. ABŞ dolları və ya daha çox kredit cəlb etmək niyyətindədir.

Şirkət artıq banklardan ən azı 6 mlrd. dollar kredit alıb və əlavə vəsaitin cəlb olunması üçün digər kreditorlarla danışıqlar aparır.

Analitiklərin fikrincə, kreditor korporasiyaya əlavə vəsait ayırmaqdan çəkinməməlidir. Lakin “Boeing”in cəlb etmək istədiyi məbləğ bəzi mütəxəssislərin gözlədiklərindən qat-qat çox olub. Belə ki, mütəxəssislər yeni kredit məbləğinin təxminən 5 mlrd. dollar səviyyəsində olacağını qiymətləndirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “737 MAX” təyyarələrinin istismara qaytarılması yenidən gecikir və bu da şirkətin xərclərini artıra bilər. Bununla yanaşı, ötən həftə üzə çıxan proqram təminatı ilə bağlı problemi həll etmək üçün də vəsait lazım olacaq.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et