"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq | Banco.az

"Boeing" 2036-cı ilə qədər Çinə 7 mindən çox sərnişin təyyarəsi satacaq

ABŞ-ın təyyəra istehsalçısı - "Boeing" şirkəti Çinin sərnişin təyyarələrinə tələbatı ilə bağlı proqnozunu 6,3% yüksəldib. 

"Report" "İntefax"a istinadən xəbər verir ki, korporasiya bunu Çin iqtisadiyyatının güclənməsi və bu ölkədə orta sinifin artması ilə izah edib. 

"Boeing"in hesablamalarına görə, Şərqi Asiya ölkəsi 2036-cı ilə qədər ümumi dəyəri 1,1 trln. dollar təşkil edəcək 7 240 yeni təyyarəyə ehtiyac duyacaq. İndiyə qədər bu rəqəmin 6 180 olacağı proqnozlaşdırılırdı. 

Ən sərfəli kredit üçün müraciət et

"Çində davam edən iqtisadi artım, infrastruktura yatırılan böyük investisiyalar, artan orta sinif, habelə inkişaf etməkdə olan aviasiya biznesi bu proqnoza təkan verir",- deyə "Boeing"in məlumatında deyilir.