BNA: Milli Qurtuluş və bazar günləri müntəzəm marşrut xətləri işləyəcək | Banco.az

BNA: Milli Qurtuluş və bazar günləri müntəzəm marşrut xətləri işləyəcək

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq", - məlumatda deyilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et