Müəllif: Mehin Qasımova/Banco.az
Alman lüks avtomobil istehsalçısı BMW, yanvarın 1-də Avropadakı müştərilərə birbaşa avtomobil satış modelini təqdim edəcək.
Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, Mini markası üçün yanvarın 1-də İtaliya, Polşa və İsveçdə birbaşa müştəriyə satış modelini təqdim edəcək. Daha sonra digər Avropa ölkələrində təqdim ediləcək.
Şirkət yeni modelin eyni avtomobil modelləri üçün qiymətləri standartlaşdırmaq və müştəriləri ilə birbaşa əlaqə saxlamaq fikrində olduqlarını bildirib.
"BMW" Avropalı pərakəndə tərəfdaşlarının bu addımı təsdiqlədiyini, bütün Mini tərəfdaşları tərəfindən agentlik müqavilələrinin imzalandığını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!