BMW sürənlərə bəd xəbər: Şirkət 1,6 milyon avtomobili geri çağırmalı olub | Banco.az

BMW sürənlərə bəd xəbər: Şirkət 1,6 milyon avtomobili geri çağırmalı olub

Səbəb təhlükəsizlik yastıqlarında yaranan problemdir.

Dünyanın ən məşhur avtomobil şirkəti olan BMW 1,6 milyon avtomobilini geri çağırıb. Şirkət təhlükəsizlik yastığı problemi səbəbi ilə 2000-2006-cı illərdə istehsal etdiyi 3 seriyadan olan avtomobillərini geri çağırmaq qərarına gəlib. BMW-dən verilən açıqlamada bildirilir ki, "Takata Corp" tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarından istifadə edən digər avtomobil istehsalçıları problem yaşadığı üçün bu addım atılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1,6 milyon avtomobilin 1/3-i Amerika qitəsindədir. Şirkət müştərilərindən bu barədə heç bir şikayət gəlmədiyini, lakin bu addımın gələcəkdə yarana biləcək təhlükələri sığortalamaq üçün atıldığını açıqlayıb.

Mənbə: avtosfer.az