"BMW" şirkəti "rəngini dəyişdirə bilən" yeni avtomobilini təqdim etdi | Banco.az

"BMW" şirkəti "rəngini dəyişdirə bilən" yeni avtomobilini təqdim etdi

Tamara Mustafayeva, Banco.az

ABŞ-da təşkil edilən İstehlakçı Elektronikası Sərgisində (CES) hər il olduğu kimi bu il də bir çox tanınmış avtomobil markası öz yeni məhsullarını ictimaiyyətə təqdim edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, alman avtomobil nəhəngi "BMW" elektrik avtomobillərinin flaqman modeli hesab edilən "iX"in ən güclü versiyası "iX M60"ı və bu avtomobildə ilk dəfə istifadə olunan "Digital Art Mode" sürücülük texnikasını təqdim edib.

Sərgidə həmçinin yeni istehlakçı texnologiyalarını da təqdim edən şirkət "iX Flow" (E ink) adlı rəng dəyişdirmə texnologiyasını da ictimaiyyətin diqqətinə çatdırıb. Sözügedən texnologiya "iX" modelinin üzərində sınaqdan keçirilib. Rəng dəyişdirmə texnologiyası avtomobilin xarici səthini elektrik siqnalları ilə stimullaşdıraraq nəqliyyat vasitəsinin istənilən rəngə çevrilməsinə şərait yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, açıq və tünd rənglərin günəş şüalarını əks etdirmə və udma xüsusiyyətləri nəzərə alınaraq hazırlanmış bu texnologiya avtomobilin daxili istiliyini hava şəraitinə uyğun olaraq optimal səviyyədə saxlamağa imkan yaradır. Bununla da, nəqliyyat vasitəsinin kondisoner sistemi avtomobilin salonunu soyutmaq və ya qızdırmaq üçün daha az güc tətbiq etdiyi üçün enerjiyə qənaət edə bilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et