Müəllif:Ayşən İmanova/Banco.az
Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke” (BMW) dördüncü rübdə əyləc sistemində problemlər aşkar edildikdən sonra tədarükün dayandırılması, eləcə də Çində zəif tələb səbəbindən satışlarda 2,9% azalma qeydə alıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş hesabatda deyilir.
Qeyd olunur ki, son rübdə cəmi 696 647 BMW Group avtomobili (MINI və “Rolls-Royce” markaları daxil olmaqla) satılıb. Eyni zamanda, BMW elektrik avtomobillərinin satışı 2023-cü ilin dördüncü rübü ilə müqayisədə 2,9% artaraq 132 542 ədədə çatıb.
İlkin hesablamalara görə, 2024-cü ildə ümumi avtomobil satışları əvvəlki illə müqayisədə 4% azalaraq 2 milyon 450,804 min ədəd, elektrikli avtomobil tədarükləri isə 13,5% artaraq 426,594 ədəd olub.
BMW və MINI-nin Çin satışları dördüncü rübdə 14%, 2024-cü ildə isə 13,4% azalıb.