BMW-də insanabənzər robotlar işə başlayacaq | Banco.az

BMW-də insanabənzər robotlar işə başlayacaq

Müəllif:Mehin Qasımova/Banco.az

İnsanabənzər görünüşə və hərəkətlərə malik robotlar günü-gündən inkişaf edir.

Banco.az xəbər verir ki, avtomobil istehsalçısı BMW səmərəliliyi artırmaq üçün insanabənzər robotlar işə götürüb.

Məlumata görə, BMW Cənubi Karolinadakı Spartanburq fabrikində insanabənzər robotları sınaqdan keçirməyə hazırlaşır.

"Figure" şirkəti tərəfindən hazırlanan "Model 01" modelinin istifadə ediləcəyi sınaq, istehsal proseslərində insanabənzər robotların istifadəsini qiymətləndirməyi hədəfləyir.

Spartanburq zavodu 2019-cu il üzrə BMW-nin dünya üzrə müəssisələri arasında ən yüksək səmərəliliyə malikdir. Fabrik 74 min kvadratmetr sahədə qurulub. Şirkət hələlik dəqiq rəqəmi açıqlamasa da,  Model 01-in fabrikdə neçə ədəd işləyəcəyi bəlli deyil.

Robotun hansı vəzifələri yerinə yetirəcəyi bəlli deyil. Bununla belə, şirkət rəsmiləri robotun ilkin olaraq tədricən beş fərqli vəzifəni yerinə yetirəcəyini bildirir.

Model 01 üçün mümkün ilkin tapşırıqlara qutuların daşınması, məhsulların seçilməsi və yerləşdirilməsi, paletlərin yüklənməsi və boşaldılması kimi standart istehsal tapşırıqları daxildir. Bu cür təkrarlanan işləri insan işçi qüvvəsi ilə yerinə yetirilməsi çətin olan sahələr kimi xarakterizə etmək vacibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram