BMT Ukraynaya 5,6 milyard dollar yardım göndərməyə çağırıb | Banco.az

BMT Ukraynaya 5,6 milyard dollar yardım göndərməyə çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada bir ilə yaxındır davam edən müharibədən zərər çəkmiş milyonlarla insana bu il 5,6 milyard dollar yardım göstərilməsinə çağırıb.

Banco.az xəbər verir ki, BMT-nin Cenevrədəki mənzil-qərargahında BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən Ukraynada “Ukrayna regional qaçqın və humanitar cavab planı”nın işə salınması ilə bağlı mətbuat konfransı keçirilib.

BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi iclasda məruzəçi qismində iştirak ediblər.

Qriffits iştirakçılara təşəkkür edib və bildirib ki, onlar bu il Ukraynada humanitar yardım planı çərçivəsində 3,9 milyard dollar dəstək gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Qrandi isə qeyd edib ki, Ukrayna üçün “qaçqınlara cavab planı” çərçivəsində bu il 1,7 milyard dollar dəyərində yardım çağırışı başladıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et