Müəllif:Mehin Qasımova,Banco.az
Ebola epidemiyası təxminən bir milyon insanı yoxsulluğa sürükləyəcək.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Konqo Demokratik Respublikasındakı (KDR) daimi nümayəndəsi Mama bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında bildirib.
Konqo Demokratik Respublikasında və Uqandada Ebola epidemiyası ilə bağlı 1400-dən çox yoluxma və 350 ölüm hadisəsinin təsdiqləndiyini qeyd edən Mama rəqəmlərin artmaqda davam etdiyini söyləyib.
Mama bildirib ki, Konqo Demokratik Respublikasında Ebola epidemiyası yalnız yerli səhiyyə böhranı deyil, həm də təsdiqlənmiş yoluxma hallarının 90 faizindən çoxu böyük ticarət mərkəzi olan İturi əyalətində cəmləşib.
O qeyd edib ki, pandemiya Afrikada 3,6 milyard dollara qədər ziyana səbəb ola və 300 mindən çox iş yerini təhlükə altına qoya bilər.
Mama vurğulayıb ki, pandemiya nəzarət altına alınsa belə, Konqo Demokratik Respublikası 1 milyard dollardan çox gəlir və 55 min iş yeri itirə bilər ki, bu da qitənin Ümumi Daxili Məhsulunu 2,37 milyard dollar azalda bilər.
Konqonun şərqində may ayında başlayan Bundibugyo Ebola epidemiyasında təsdiqlənmiş yoluxma hallarının sayı 1274-ə, ölənlərin sayı isə 360-a çatıb.
