ABŞ-da idxal rüsumlarının sərtləşdirilməsi və digər ölkələrin cavab tədbirləri 2040-cı ilə qədər qlobal ticarət həcminin 3% azalmasına səbəb ola bilər.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktoru Pamela Kok-Hamilton deyib.
Eyni zamanda ekspert vurğulayıb ki, uzunmüddətli perspektivdə dünya ticarətinin strukturunda dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəticəsində zərər çəkən Meksikadan ixrac ABŞ, Çin, Avropa və digər Latın Amerikası ölkələrindəki əsas bazarlardan Kanada, Braziliya və Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyatlara yenidən paylana bilər.
ITC analitikləri həmçinin proqnozlaşdırırlar ki, Vyetnam ABŞ, Meksika və Çin əvəzinə Yaxın Şərq, Şimali Afrika, Avropa İttifaqı və Koreya Respublikası bazarlarına diqqət yetirərək ixrac axınını dəyişəcək.
Fransanın CEPII iqtisadi tədqiqat institutu ilə birlikdə ITC analitikləri araşdırma apararaq, ABŞ-ın idxal tariflərinin və digər ölkələrin cavab iqtisadi tədbirlərinin təsiri nəticəsində 2040-cı ilə qədər qlobal ÜDM-in 0,7% azalacağını proqnozlaşdırıblar.
“Fransa iqtisadi tədqiqat institutu CEPII ilə birgə hazırlanan və Çinə qarşı 90 günlük fasilə və əlavə tarif artımı elan edilməzdən əvvəl hesablanmış ilkin hesablamalarımız göstərir ki, 2040-cı ilə qədər qarşılıqlı tariflər və ilkin əks-tədbirlərin təsiri qlobal ÜDM-i 0,7% azalda bilər”,- deyə o sözlərini yekunlaşdırıb.