BMT Rusiya banklarının SWIFT sistemində bərpasını müzakirə edir | Banco.az

BMT Rusiya banklarının SWIFT sistemində bərpasını müzakirə edir

Müəllif - Aida İsaq, Banco.az

BMT Rusiya banklarının SWIFT sistemində bərpasını müzakirə edir.

Banco.az xəbər verir ki, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, Rusiyanın bir sıra maliyyə institutlarının SWIFT sistemindən kənarlaşdırılması işləri çətinləşdirir. O, bu məsələnin hazırda SWIFT-ə cavabdeh olan müvafiq şəxslər, avropalılar və digərləri ilə müzakirə edildiyini qeyd edib.

Rəsmi nümayəndə BMT-nin sığortaçıların, nəqliyyat şirkətlərinin və Rusiyaya sanksiyalar tətbiq edən ölkələrin hakimiyyət orqanlarının qərarlarına müdaxilə edə bilmədiyini vurğulayıb. S.Düjarrik BMT-nin Rusiya ərzaq və gübrələrinin ixracına dair sazişlərin icrasını təmin etmək üçün Aİ ölkələrinin  özəl sektorları ilə əlaqə saxladığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram