BMT rekord vuran qlobal dövlət borcu ilə bağlı xəbərdarlıq edib | Banco.az

BMT rekord vuran qlobal dövlət borcu ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatı (BMT) 97 trilyon dollarlıq qlobal dövlət borcu ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının "Dünya borcu 2024: Qlobal rifah üzərində artan yük" adlı hesabatı dərc olunub.

Hesabata görə, qlobal dövlət borcu əvvəlki illə müqayisədə 5,6 trilyon dollar artaraq 2023-cü ildə 97 trilyon dollara çatıb.

İnkişaf etməkdə olan ölkələrdə dövlət borcu inkişaf etmiş ölkələrlə müqayisədə iki dəfə sürətlə artıb. Xüsusilə Afrikada borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 60 faizdən çox olduğu ölkələrin sayı 2013-2023-cü illərdə 6-dan 27-yə yüksəlib.

İnkişaf etməkdə olan ölkələrin dövlət borcu 2023-cü ildə kəskin artaraq 29 trilyon dollara çatıb. Bu ölkələrin dövlət borcunun 75 faizindən çoxunun Asiya və Okeaniya ölkələrinin, 17 faizinin Latın Amerikası və Karib hövzəsi ölkələrinin, 7 faizinin isə Afrika ölkələrinin payına düşdüyü müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

BMT bəyan edib ki, inkişaf etməkdə olan ölkələr borclarını ödəmək və ya xalqına xidmət etmək arasında seçim etməyə məcbur edilməməlidir. Odur ki, bəşəriyyətin və planetin firavan gələcəyini təmin etmək üçün beynəlxalq maliyyə sistemini dəyişməyə çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram