BMT qlobal iqtisadiyyatın artım sürətinin zəifləyəcəyini proqnozlaşdırıb | Banco.az

BMT qlobal iqtisadiyyatın artım sürətinin zəifləyəcəyini proqnozlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT qlobal iqtisadiyyatda yavaşlamanın olacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) “Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2023” hesabatını dərc edib.

Hesabata görə, dünya iqtisadiyyatı 2022-ci ildə Kovid-19 pandemiyasının davam edən təsirləri və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji və ərzaq böhranı kimi bir sıra şoklarla üzləşib.

Əksər ölkələrin üzləşdiyi yüksək inflyasiya real gəlirlərin azalmasına və yaşayış xərclərinin artmasına səbəb olsa da, dünyanın bir çox yerində isə meşə yanğınları və daşqınlar, eləcə də humanitar problemlərə səbəb olan iqlim hadisələri kimi iqtisadi zərərlər də müşahidə edilmişdir.

Hesabata görə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini sürətlə artırması inkişaf etməkdə olan ölkələrdə kapital axınına və valyutanın ucuzlaşmasına səbəb olub. 

Ən sərfəli kredit üçün müraciət et

Artan faiz dərəcələri və alıcılıq qabiliyyətinin azalması İstehlakçı İnamını və investor əhval-ruhiyyəsini zəiflədib, dünya iqtisadiyyatı üçün yaxın müddətli artım perspektivlərini daha da qeyri-müəyyən edib.

Hesabata görə, bu çərçivədə BMT-nin 2022-ci ildə 3 faiz olan qlobal iqtisadi artım proqnozu 2023-cü il üçün 1,9 faiz olaraq təyin edilib. Qeyd edək ki, bu göstərici son illərin ən aşağı artım proqnozu kimi qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et