Müəllif - Aida İsaq, Banco.az
BMT Qara Dəniz Taxıl Sazişinin müddətinin uzadılmasına ümid edir.
Banco.az xəbər verir ki, təşkilatın kommunikasiyalar şöbəsinin rəhbəri İsmini Palla hazırda bu istiqamətdə tərəfdaşlarla müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə bütün nümayəndələrin fikirləri dinlənilir. Eyni zamanda o, BMT-nin müvafiq sazişin martın 18-dən sonra müddətinin uzadılmasına ümid bəslədiyini qeyd edib.
Qeyd edək ki, bundan öndə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin sözçüsü Eri Kaneko təmsil etdiyi təşkilatın hazırda taxıl müqaviləsinin müddətinin mümkün uzadılması ilə bağlı danışıqları təsdiqləyə bilmədiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!