BMT ölkələri biomüxtəlifliyə dair saziş imzalayıblar | Banco.az

BMT ölkələri biomüxtəlifliyə dair saziş imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatında (BMT) açıq dənizlərdə biomüxtəlifliyin qorunması üzrə uzun illər davam edən danışıqlardan sonra razılıq əldə olunub.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkələrinin əldə etdiyi razılaşma iki həftə ərzində Nyu-Yorkda keçirilən Hökumətlərarası Konfransın 5-ci Sessiyasından sonra təxminən 40 saat davam edən fasiləsiz danışıqlar nəticəsində əldə edilib.

Təxminən 20 ildir tədqiq olunan saziş ölkələrin milli dəniz yurisdiksiyalarından kənarda qalan biomüxtəlifliyi qorumaq məqsədi daşıyır. Dənizlərin təxminən üçdə ikisini əhatə edən bu ərazidə iqlim dəyişikliyi, həddindən artıq balıq ovu və gəmilərin daşınması kimi problemlər biomüxtəlifliyə mənfi təsir göstərir.

Müqavilə bu ərazilərdə balıqçılıq fəaliyyətləri ilə yanaşı, dəniz minalarına, dəniz nəqliyyatı marşrutlarına və kəşfiyyat fəaliyyətlərinə də məhdudiyyətlər tətbiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən sazişin BMT-də rəsmi olaraq qəbul ediləcəyi gözlənilir. Bundan sonra BMT ölkələri imzaya açılacaq sazişə tərəf olub-olmayacağına qərar verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et