Müəllif - Aida İsaq, Banco.az
Asiya üçün Boao Forumunun (BAF) direktorlar şurasının sədri və BMT-nin keçmiş baş katibi Pan Gi Mun vahid qlobal iqtisadi sistemin geosiyasi sərhədlərlə parçalanması riski barədə xəbərdarlıq edib.
Banco.az xəbər verir ki, bu bəyanatı siyasətçi BAF-ın iclası ərəfəsində verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi enerji və ərzaq qiymətlərinin həddsiz bahalaşmasına gətirib çıxarıb ki, qarşıda daha ciddi böhran və risklər yarana bilər. BMT-nin keçmiş baş katibi digər risk faktoru olaraq aşağı gəlirli ölkələrin artan borc yükünü göstərib. Onun fikrincə, inflyasiya prosesləri nəzarətdən çıxa və fəlakətli nəticələrə gətirib çıxara bilər.
Pan Gi Mun bütün dünya ölkələrini 2023-cü ildə iqtisadi vəziyyətin kəskinləşməsinə hazırlaşmağa çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!