BMT-nin baş katibi ərzaq qiymətlərinin azaldığını açıqlayıb | Banco.az

BMT-nin baş katibi ərzaq qiymətlərinin azaldığını açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Son səkkiz ayda ərzaq qiymətləri indeksi 15% aşağı düşüb. 

Banco.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib. Onun sözlərinə görə, qiymətlərin aşağı düşməsi dünyada milyonlarla insanı həddindən artıq yoxsulluqdan xilas etsədə, qiymətlər hələ də çox yüksək olaraq qalır.

Bundan öncə BMT baş katibinin müavini Martin Qriffits tərəfindən taxıl müqaviləsinin müddətinin uzadılmasını və Rusiya gübrələrinin dünya bazarlarına tədarükünün genişləndirilməsini təklif olunmuşdu. O, həmçinin 2023-cü ildə tədarük çatışmazlığı və yüksək qiymət probleminin həllində xaricdən alınan gübrələrin böyük əhəmiyyət daşıdığını bildirmişdi.

Bundan başqa, iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalanıb. Saziş Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrə ixracını əhatə edir.

Qeyd edək ki, İstanbulda həmçinin Rusiya Federasiyası ilə BMT arasında imzalanan memorandum təşkilatın Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı öhdəliklərini ehtiva edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram