BMT ilin sonunadək dünya ticarətində rekord artım proqnozlaşdırıb | Banco.az

BMT ilin sonunadək dünya ticarətində rekord artım proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banc

2022-ci ilin sonunda dünyada ticarətin ümumi həcmi rekord səviyyəyə yüksələ bilər.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf üzrə konfransının saytında dərc olunan məlumata əsasən müvafiq həddin 32 trilyon dollara çatacağı qeyd olunub. Beləliklə cari ilin sonunadək əmtəə ticarətinin ötən illə müqayisədə 10% çox olacağı gözlənilir. Eyni zamanda xidmət sektoru ticarətinin ötən illə müqayisədə 15% artaraq 7 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Məlumata görə, müvafiq nəticələr 2022-ci ilin birinci yarısında dayanıqlı inkişaf sayəsində əldə olunsa da, üçüncü rübdə ticarət həcmi zəifləyib. Artıq dördüncü rübdə məhsullar və xidmətlər üzrə qlobal ticarətin həcmində enişlərin müşahidə olunacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et