Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın taxıl sazişini ləğv etmək qərarının təsirləri BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Banco.az xəbər verir ki, burada çıxış edən BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi Rozmarri DiKarlo Rusiyanın qərarından sonra qlobal ərzaq qiymətlərinin artmağa başladığına diqqət çəkib.
DiKarlo qeyd edib ki, bu, ən həssas cəmiyyətlərə təsir edən mövcud kənd təsərrüfatı, enerji və maliyyə böhranlarını daha da gücləndirir.
Bizi sosial şəbəkələrdən izləyin!!