BMT bu il qlobal artımın 3,3 faizə düşəcəyini gözləyir | Banco.az

BMT bu il qlobal artımın 3,3 faizə düşəcəyini gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT bu il qlobal artımın ötən illə müqayisədə azalacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) qlobal real ümumi daxili məhsulun (ÜDM) artım tempinin bu ilin yekununda ötən illə müqayisədə 2,4 faiz azalaraq 3,3 faizə düşəcəyini proqnozlaşdırıb.

UNCTAD-ın 2022-ci il Statistika kitabçasında bu ilin qlobal iqtisadi məlumatları 2021-ci illə müqayisə edilib.

Kitabçada qlobal real ÜDM-də artım tempinin 2021-ci ildə 5,7 faiz olduğu, bu il isə bu nisbətin 3,3 faizə enəcəyinin gözlənildiyi qeyd olunub. Burada həmçinin cari il ərzində dünya üzrə əmtəə və xidmət ticarətinin yavaşladığı və ilin sonunadək ixracın təxminən yarıya qədər azalacağı proqnozu paylaşılıb.

Ən sərfəli kredit üçün müraciət et

Dünya əhalisinin 8 milyarda çatması ilə qlobal asılılıq nisbətinin artdığı vurğulanaraq işləyən hər 100 nəfərin himayəsinə 54 uşaq və ya qoca düşdüyü bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et