Bloomberg OPEC+-ın hasilatı azaltmaq qərarını ABŞ-a “cavab zərbəsi” adlandırıb | Banco.az

Bloomberg OPEC+-ın hasilatı azaltmaq qərarını ABŞ-a “cavab zərbəsi” adlandırıb

Müəllif  - Fərid İslamov, Banco.az

Bloomberg OPEC+-ın hasilatı azaltmaq qərarını ABŞ-a “cavab zərbəsi” adlandırıb.

Banco.az xəbər verir ki,  OPEC+ hasilatı azaltmaq qərarı onların siyasətlərinə görə ABŞ-a “cavab zərbəsi” olub. OPEC+-ın gündəlik neft hasilatını iki milyon barel azaltmaq qərarı ABŞ və onun təkəbbürlü siyasətinə cavab zərbəsi oldu. Bu barədə Bloomberg agentliyi yazır.

"Hətta Türkiyə və Çin neft hasilatının azaldılması qara qızıl idxalçıları kimi onların iqtisadi maraqlarına zidd olmasına baxmayaraq, OPEC+ qərarını müdafiə etdilər", - məqalə müəllifləri qeyd edirlər.

Onların fikrincə, ölkələr öz maraqlarına zidd olsa belə, ABŞ-ın əleyhinə getməyə və Vaşinqtonun təsirini şübhə altına almağa hazır olduqlarını nümayiş etdirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Məqalə müəllifləri qeyd ediblər ki, ABŞ-ın xarici siyasəti demokratiyaların qeyri-demokratik dövlətlər üzərində üstünlüyü ideyasına əsaslanır və ABŞ prezidenti Co Bayden administrasiyasının yeni əməkdaşlıq yolları tapmaq imkanlarını çətinləşdirir.

Oktyabrın 5-də OPEC+ bu ilin noyabrından neft hasilatını kəskin şəkildə azaltmaq qərarına gəlib. Bunun fonunda ABŞ prezidenti Co Bayden Rusiya və Səudiyyə Ərəbistanını ABŞ-da benzinin qiymətinin artmasında ittiham edib. Daha sonra OPEC+-ın qərarı ilə əlaqədar ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Robert Menendez Vaşinqtonun Ər-Riyada silah satışını dayandırmalı olduğunu vurğulayıb. Bayden Səudiyyə Ərəbistanına neft hasilatının azaldılması üçün "bəzi nəticələr" vəd edib.

Ən sərfəli krediti almaq üçün müraciət et