"Bloomberg" "əl dəyişdirə" bilər | Banco.az

"Bloomberg" "əl dəyişdirə" bilər

ABŞ-ın "Bloomberg" agentliyi satıla bilər. 

Bu barədə "Forbes” jurnalı yazıb. 

Məlumatda deyilir ki, agentliyin sahibi, ABŞ prezidentliyinə namizəd Maykl Blumberq seçkilərdə qələbə qazansa, media qurumunu satacaq. 

Hazırda o, dünyanın 8-ci ən zəngin insanıdır və varidatı 62,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. 

Xatırladaq ki, hazırda ABŞ-a rəhbərlik edən Donald Tramp prezident seçildikdən sonra daşınmaz əmlak şirkətlərini satmadığına görə M.Blumberq onu sərt tənqid etmişdi. 

report.az